Serbiya Prezidenti Aleksandr Vuçiç Rusiyalı həmkarı ilə görüşdə fikirlərini rus dilində ifadə edib.
Görüşün video kadrlarını “Rusiya24” kanalı nümayiş etdirib.
A.Vuçiç ölkəsinə göstərilən mütəmadi köməkliyə görə, ərazi bütövlüyü və suverenliyinin qorunub saxlanılmasında davamlı dəstək verən Vladimir Putinə öz minnətdarlığını ərz edib.
Aleksandr Vuçiç Rusiya ilə ortaq enerji layihələrinə toxunaraq, bu faktın ölkəsinin inkişafına böyük töhfə verəcəyini bilirib.