Serbiya Nazirlər Kabineti bu günki iclasında ölkənin mərkəzi bölgələrində ağır yağış və su daşqınları səbəbiylə təbii fəlakət rejimi elan etməyi qərara alıb.
Serbiyanın Trstenik şəhəri ətrafında baş verən daşqın nəticəsində Selişte kəndinin 60 yaşlı sakini həlak olub. Belə ki, sudan dəyən zərəri yoxlamaq üçün traktorla əkin sahələrinə gedən şəxsi, texnikası ilə birgə su aparıb.
600 obyekti su basıb, 16 körpü və 20 yaşayış məntəqəsinə aparan yolu sel dağıdıb. Ölkə ordusu xalqın köməyinə cəlb edilib. Qonşu Bosna və Hersoqovinada da vəziyyətin ağır olduğu qeyd edilir.