UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın ilk rəqibi olacaq “Sevilya” İspaniya La Liqasında növbəti matçını keçirib.
ÇıxışYolu.Com xəbər verir ki, Əndəlüs təmsilçisi səfərdə “Alaves”lə üz-üzə gəlib.
Joan Jordanın yeganə qolu ilə 3 xal qazanan “Sevilya” ümumi hesabda 10-cu xalını toplayıb və Primerada turnir cədvəlinin birinci pilləsinə yüksəlib.
Sentyabrın 19-da Bakıda “Qarabağ”la qarşılaşacaq komanda ölkəmizə La Liqanın lideri kimi gələcək.
Qeyd edək ki, sentyabrın 19-da saat 20:00-da start götürəcək “Qarabağ” – “Sevilya” matçı Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.