Şeyma Subaşı italyan sevgilisi DJ Quido Seniada ilə evlənməyə hazırlaşır.
Gördüyü hər işlə gündəmə gələn Şeyma Subaşı dostunun “Youtube” kanalındakı proqrama qonaq olub. Proqramda Şeymanın nişan üzüyü taxması gözlərdən qaçmayıb.
Sevgilisi ilə münasibətlərini gizli saxlayan Şeyma 10 gün öncə Quido Seniada ilə birlikdə səmimi fotolarını paylaşmağa başlayıb. Gözlənilmədən nişan üzüyü taxması da evlənəcəkləri iddiasını gücləndirib.
Proqramda şəxsi həyatından da bəhs edən Şeyma bütün işlərini qızına görə müəyyənləşdirdiyini açıqlayıb:
“Mən özünü çox sevən biriyəm. İstanbuldakı işlərimi Melisaya görə dəqiqləşdirirəm. Çünki saat 15:00-da qızım məktəbdən çıxır.
Həyatım çox xoşbəxt və istədiyim şəkildə davam edir. Məni sevib-sevməməkləri vecimə deyil”.
Qeyd edək ki, Şeyma Subaşı türkiyəli iş adamı Acun Ilıcalının keçmiş həyat yoldaşıdır. Onlar 15 ay evli qalıblar.
Sevinc Yasinqızı