ÇıxışYolu.Com - Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı

ÇıxışYolu.Com – Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı

Baxış sayı: 2. 551 dəfə baxılıb.

The Times nəşri Birləşmiş Ərəb Əmirliklərinin Baş naziri və Dubay şeyxi Məhəmməd ibn Rəşid əl-Maktumun altı arvadından biri olan şahzadə Həyya bint əl-Hüseynin qaçışının səbəbini araşdıraraq, ortalığa maraqlı faktlar çıxardıb.

İddiaya görə, 69 yaşlı Şeyx Həyyanın ingilis ordusunun keçmiş zabiti, ailənin cangüdəni ilə əlaqəsi olduğundan şübhələnib. Şeyxin şübhələrinin nə dərəcə doğruluğu məlum olmasa da, şahzadənin yaxın dostları bildirirlər ki, Həyya Şeyxin “İnstagram”da ona yazdığı “Sən xəyanətkarsan, sən ən qiymətli şeyə xəyanət etdin. Sənin sirrin gün üzünə çıxdı” mesajından qorxuya düşüb.

ÇıxışYolu.Com - Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı

Əvvəlcə qadın 11 yaşlı qızı və 7 yaşlı oğlu ilə birgə Almaniyaya qaçıb. Bu haqda məlumat əldə edən Şeyx Həyyanı oradan geri gətirmək istəsə də, Almaniya tərəfi onun bu addımına rədd cavabı verib.

Bundan sonra Həyya İngiltərəyə köçüb. İndi uşaqlarla birlikdə şahzadə Londonda 85 milyon funt dəyərində olan sarayda gizlənir.

Bundan əvvəl isə mediada Həyyanın ölkəsini bir neçə ay əvvəl tərk etməyə çalışdığı haqda informasiyalar yayılıb. Onun bu addımı atmasına səbəb Şeyxin qızı Lətifənin ölkədən qaçmağa cəhd edən zaman başına açılan oyun olub. 

Lətifə ölkədən qaçmaq üçün 7 il hazırlıqlar görüb. O, gözdən itməyə müvəffəq olsa da, son anda Lətifə ərəb xüsusi xidmət orqanları tərəfindən tutulub. Lətifənin bir neçə ay həbsxanada saxlanıldığı deyilir. Hazırda isə onun taleyi naməlumdur.

Şeyxin qızına qarşı etdiyi bu qorxunc əməllərindən sonra Həyya dəhşətə gəlib və özü ilə uşaqlarının eyni taleyi yaşamaması üçün ondan qaçıb. 

Qeyd edək ki, 2004-cü ildə Dubay əmiri ilə ailə quran Həyya bint əl-Hüseyn şeyxin sayca altıncı arvadı olub. Şahzadə Həyya İordaniya Kralı II Abdullahın bacısıdır.

Rəşad Əliyev