ÇıxışYolu.Com - Sınıqçıya getmək risklidir?

ÇıxışYolu.Com – Sınıqçıya getmək risklidir?

Baxış sayı: 2. 436 dəfə baxılıb.

ÇıxışYolu.Com - Sınıqçıya getmək risklidir?

Azərbaycanda populyar olan xalq təbabəti növlərindən biri də sınıqçılıqdır.

ÇıxışYolu.Com-ın bölgə müxbiri xəbər verir ki, Şamaxının Məlhəm kəndi bu sahədə ad çıxaran məkandır. 

İllər əvvəl həkimlərin olmadığı ucqar yerlərdə insanlara məhz sınıqçılar yardım ediblər. Tibb elminin inkişafı hələ də xalq təbabətinin bu növünü aradan çıxara bilməyib. 

Uzun illərdir bu işlə məşğul olan Şıxməmməd Həmzəyev bildirir ki, bu iş ona babasından qalıb, ondan sonra da onun davamçıları yetişir. 

Müraciət edənlərə gəldikdə, Ş.Həmzəyev insanların həkimdən çox onun yanına gəldiyini bildirir. 

Cərrahlar, ortoped-travmatoloqlar isə sınıq, çıxıq zamanı həkim əvəzinə sınıqçı yanına getməyi səhv hesab edirlər. 

Sınıqların müasir avadanlıqlarla diaqnozu qoyulmalıdır və həmin yer mütləq rentgen olunmalıdır.

Kortəbii şəkildə sınıq və çıxığı yerinə salmaq onun ətrafında olan əzələ, vətər və damarlara zərər verə bilər.

.