ÇıxışYolu.Com - Şirin içkilərin təhlükəsi aşkarlandı

ÇıxışYolu.Com – Şirin içkilərin təhlükəsi aşkarlandı

Baxış sayı: 2. 583 dəfə baxılıb.

ÇıxışYolu.Com - Şirin içkilərin təhlükəsi aşkarlandı

Şirin içkilər vaxtından əvvəl ölüm riski daşıyır. Harvard Universitetinin alimlərinin apardıqları araşdırmalar belə deməyə əsas  verir.

30 il ərzində 80 min qadın və 37 min kişini əhatə edən tədqiqatlar göstərib ki, tərkibində yüksək miqdarda şəkər olan qazlı, qazsız sular, meyvə şirələri, idman və enerji içkiləri insan ömrünün keyfiyyətinə təsir edir. Bir gündə iki dəfə şəkərli maye içilməsi ürək xəstəlikləri riskini 31 faiz artırır.

Həftə ərzində bu mayelərdən 2-6 dəfə içənlərdə ölüm riski 6 faiz, gündəlik istifadə edənlərdə isə 14 faiz yüksəlib.

Araşdırmalar şirin içkilərin piylənmə, ikinci tip diabet, insult və ürək xəstəliklərinə səbəb olduğunu bir daha təsdiqləyib.

Alimlər bu bəlalardan qorunmaq üçün şəkərli içkiləri adi su ilə əvəz etməyi tövsiyə edirlər.