ÇıxışYolu.Com - Şirvanda ağır yol qəzası baş verib

ÇıxışYolu.Com – Şirvanda ağır yol qəzası baş verib

Baxış sayı: 4. 579 dəfə baxılıb.

ÇıxışYolu.Com - Şirvanda ağır yol qəzası baş verib

Şirvanda iki minik avtomobili toqquşub, sürücülər xəsarət alıb.

ÇıxışYolu.Com xəbər verir ki, hadisə Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsində qeydə alınıb.

Hacıqabul sakini, 1979-cu il təvəllüdlü Babayev Rafət Rasim oğlunun idarə etdiyi “Mersedes” markalı “90 EK 390” dövlət nömrə nişanlı avtomobillə Şirvan sakini, 1979-cu il təvəllüdlü Hüseynov Əfsus Rafik oğlunun idarə etdiyi VAZ 21099 markalı “10 HE 478” dövlət nömrə nişanlı avtomobil toqquşub.

Hər iki avtomobilin sürücüsü Şirvan şəhər xəstəxanasına yerləşdirilib. VAZ 21099 markalı avtomobilin sürücüsü ağır kəllə-beyin travması aldığı üçün reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Nazir Quliyev