ÇıxışYolu.Com – Şri-Lankada terrorçunun özünü partlatmasının görüntüsü yayıldı

Baxış sayı: 3. 300 dəfə baxılıb.

ÇıxışYolu.Com - Şri-Lankada terrorçunun özünü partlatmasının görüntüsü yayıldı

Şri-Lankanın “Colombo’s Kingsbury Hotel” hotelində terrorçu-kamikadzenin özünü partlatmasının görüntüləri ortaya çıxıb. 

Görüntülər “NBC News” telekanalı vasitəsilə yayımlanıb. 

Videoda kişinin bel çantası ilə hotel nömrəsinə girməsi, daha sonra liftlə hotelin kafesinə enməsi və partlayışın baş vermə anı əks olunub. 

Xatırladaq ki, aprelin 21-də Şri-Lankada silsilə terror aktları baş verib. İlkin məlumatlara görə, hadisə zamanı 253 nəfər ölüb, 500-dən çox insan yaralanıb. 

Hücuma görə məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb. Şri-Lanka hökuməti hücumun yerli ekstremist təşkilatlar tərəfindən törədildiyini açıqlayıb. Onlardan bəziləri bir ailənin üzvləri olublar.