ÇıxışYolu.Com – Sudanda prezident sarayı yanıb

Baxış sayı: 2. 513 dəfə baxılıb.

ÇıxışYolu.Com - Sudanda prezident sarayı yanıb

Sudanın paytaxtı Xartumda yerləşən Prezident sarayında yanğın baş verib.

RİA Novosti xəbər verir ki, hadisə yerindən fotolar sosial şəbəkələrə yerləşdirilib.

Bildirilib ki, yanan Sudan rəhbərinin Nil çayı sahilindəki tarixi sarayıdır.

Sudan prezidenti və onun administrasiyası köhnə saraydan bir qədər aralıda yerləşən yeni sarayda fəaliyyət göstərir.

Yanğının səbəbləri və ölənlər barədə məlumat verilmir.