Əməkdar artist Suğra Bağırzadə əməliyyat olunub.
ÇıxışYolu.Com xəbər verir ki, aktrisa yıxılaraq ayağını sındırdığına görə cərrahi müdaxilə zərurəti ortaya çıxıb.
“Adi bir hadisədir. Sadəcə, yıxıldım, ayağım zədə aldı. Mənim yaşımda sümüklər bir az kövrək olur. İndi mənə çox gəzmək olmaz. Ayın sonuna kimi həkimlər uzanmağımı tövsiyə ediblər”, – S.Bağırzadə saytımıza açıqlamasında söyləyib.
Hazırda səhhəti qənaətbəxş kimi qiymətləndirilən aktrisa çəkildiyi “Dağıntılar altında” serialından bir müddətlik uzaqlaşmalı olacaq.
Rəşad Əliyev