“Formula-1” üzrə yeddiqat dünya çempionu Mixael Şumaxer Paris xəstəxanasından buraxılıb.
Bu barədə BFMTV kanalının efirində fransız jurnalist Jan-Mişel Dekyuji məlumat verib.
Jurnalistin məlumatına əsasən, Şumaxer sentyabrın 11-dən 12-ə keçən gecə xəstəxananı tərk edib. Jan-Mişel əlavə edib ki, idmançının müalicəsi gizli saxlanılır:
“Bizdə olan məlumata əsasən, Şumaxerə beyni də daxil olmaqla, bütün orqanizminə müsbət təsir edəcək hüceyrələr əlavə edilmiş qan köçürülüb”.
Qeyd edək ki, məşhur pilotun xəstəxanaya yerləşdirilməsi barədə sentyabrın 9-da məlumat yayılıb. Onu Paris xəstəxanalarının birinin kardiologiya şöbəsinə yerləşdiriblər.