ÇıxışYolu.Com – “Sumqayıt” üzr istədi

Baxış sayı: 1. 858 dəfə baxılıb.

ÇıxışYolu.Com - "Sumqayıt" üzr istədi

“Sumqayıt” futbol klubu Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində sentyabrın 1-də “Neftçi” ilə qarşılaşmada baş vermiş insidentlə bağlı bəyanat yayıb. 

ÇıxışYolu.Com xəbər verir ki, bəyanatın mətni klubun rəsmi saytında yerləşdirilib. 

Bildirilib ki, klub “Neftçi” – “Sumqayıt” qarşılaşmasının son dəqiqələrində meydanda yaranmış insidentə görə ölkənin futbol ictimaiyyətindən üzr istəyib:

“Sumqayıt” futbol klubu olaraq, hər zaman ədalətli oyunun, qarşılıqlı hörmətin tərəfdarı olmuş, meydanda və meydandan kənarda şiddət və aqressiyanın yolverilməz olduğunu hesab etmişik.

Bəyan edirik ki, AFFA-nın müvafiq strukturunun məlum olayla bağlı çıxaracağı qərardan savayı, klub daxilində də məsələ ilə bağlı detallı araşdırma aparılacaq və uyğun addımlar atılacaq”.

Qeyd edək ki, “Neftçi” – “Sumqayıt” matçının son dəqiqələrində iki komandanın üzvləri arasında qarşıdurma olub. Nəticədə, “Neftçi”nin məşqçisi Etibar Tanrıverdiyev “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasovu vurub. Eyni zamanda, müdafiəçilər Anton Krivotsyukla Vurğun Hüseynov mübahisə edib. Referi hər iki oyunçunu meydandan qovub.