ÇıxışYolu.Com - Sumqayıtda doğuş zamanı faciə

ÇıxışYolu.Com – Sumqayıtda doğuş zamanı faciə

Baxış sayı: 3. 334 dəfə baxılıb.

ÇıxışYolu.Com - Sumqayıtda doğuş zamanı faciə

Sumqayıtda körpə ölümü baş verib. 

ÇıxışYolu.Com-ın məlumatına görə, hadisə dünən axşam saatlarında şəhərin 2 nömrəli Doğum Evində baş verib. 

Belə ki, 1998-cil il təvəllüdlü Rəfizadə İradə Samir qızının dünyaya gətirdiyi uşaq doğuş zamanı ölüb. Köpənin hansı səbəbdən öldüyü məlum deyil.

Sumqayıt şəhər Səhiyyə Şöbəsinin müdir əvəzi Səkinə Sadıxova ÇıxışYolu.Com-ya açıqlamasında faktla bağlı araşdırma aparıldığını deyib:

“Hadisə dünən axşam saatlarında baş verib. Vəziyyətlə bağlı qadının yaxınları həkimlərlə mübahisə etdiyi üçün hüquq-mühafizə orqanlarına məlumat verilib. Onlar körpənin ölüm səbəbini dəqiqləşdirmək məqsədilə meyiti tibbi ekspertizaya göndəriblər.

Yekun nəticə söyləmək üçün ekspertizanın cavabını gözləmək lazımdır. Yalnız o zaman körpənin ölüm səbəbi haqqında məlumat vermək mümkündür”.

Könül Cəfərli