İstanbulda baş tutan Super Kubok oyunu ilə bağlı maraqlı statistikalar var.
ÇıxışYolu.Com həmin statistikanı təqdim edir:
0: Hələ heç bir Super Kubok matçı 120 dəqiqə ərzində qolsuz başa çatmayıb.
1. Sadio Mane Super Kubok matçında qol vuran ilk seneqallı futbolçu oldu.
2. Bu, ikinci Super Kubokdur ki, penaltilərə gedir. Digəri 2013-cü ildə olmuşdu. Maraqlıdır ki, onda da “Çelsi” uduzmuşdu. Onda da “Bayern”lə 120 dəqiqəlik matç 2:2 başa çatmış və İngiltərə təmsilçisi 4:5 hesabı ilə penaltilər seriyasında uduzmuşdu.
3. Bu, Frenk Lempardın üçüncü Super Kubok matçı idi. Əvvəlki ikisində “Çelsi”nin kapitanı kimi meydana çıxmışdı. Maraqlıdır ki, indi olduğu kimi 2012 və 2013-cü illərdə də “Çelsi” uduzmuşdu.
4. “Liverpul” Super Kuboku dördüncü dəfə qazandı və üç dəfə bu titula yiyələnmiş Madrid “Real”ını keçdi. Yalnız “Milan” və “Barselona” ən çox – beş dəfə Super Kubok matçının qalibi olub.
7. Mane Super Kubokda iki dəfə qol vuran yeddinci futbolçu oldu. Digərləri bunlardır: Mario Jardel (2000), Cibril Sisse (2005), Radamel Falkao (2012-het-trik), Kriştianu Ronaldu (2014), Lionel Messi (2015) və Dieqo Kosta (2018).
8. Bu, ekstra tayma gedən səkkizinci Super Kubok matçıdır. Bütün səkkiz matçın əlavə 30 dəqiqəsində qapılara qol vurulub.
12. Olivye Jiru son 13 avrokubok matçında 12-ci qolunu vurdu.
Səbuhi Musayev