Masallıda baş vermiş qəza 4 nəfəri xəstəxanalıq edib.
ÇıxışYolu.Com-ın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə Masallı-Yardımlı yolunun 2-ci kilometrliyində qeydə alınıb.
Masallının Dadoba məhəlləsində yaşayan 38 yaşlı Bəhruz Nadir oğlu Sadıqov idarəetməni itirərək “Mercedes” markalı avtomobilini elektrik dirəyinə çırpıb.
Sürücü və avtomobildə olan 3 həmkəndlisi – Pərviz Qurbanov, Ramal Həsənov və Elxan Cavadov müxtəlif dərəcəli xəsarətlər alıblar.
R.Həsənov əməliyyata alınıb və vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Rövşən Mövlan