ÇıxışYolu.Com - Sürücü yüksək sürətin qurbanı oldu

ÇıxışYolu.Com – Sürücü yüksək sürətin qurbanı oldu

Baxış sayı: 2. 672 dəfə baxılıb.

ÇıxışYolu.Com - Sürücü yüksək sürətin qurbanı oldu

Azərbaycanda daha bir yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

ÇıxışYolu.Com-ın məlumatına görə, günorta saatlarında Bakıdan Saray yolu ilə Sumqayıt istiqamətində hərəkət edən “Mercedes” markalı avtomobil idarəetməni itirərək divara çırpılıb.

Qəzaya səbəb kimi yüksək sürət göstərilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və təcili tibbi yardım briqadası cəlb olunub.

Şahidlərin verdiyi məlumata görə, sürücü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Könül Cəfərli