Dağıstanın Mahaçqala şəhərindəki kütləvi qəzada avtomobillərdən birinin sürücüsü güclü zərbədən sonra sərnişin oturacağından “uçsa” da, möcüzəvi şəkildə sağ qalıb.
Müşahidə kamerası qəzanı anbaan lentə alıb.
Qəza noyabrın 4-də səhər saatlarında Abubakarov və Salavatov küçələrinin kəsişməsində baş verib. Daxili İşlər Nazirliyi qəzada “Priora”ya yol verməyən “sıfır yeddi”nin sürücüsünü təqsirləndirib. Qeyd edək ki, qəza zamanı “Priora” markalı avtomobil əks yola çıxaraq “Hyundai” markalı avtomobilə çırpılıb.
Zərbə o qədər güclü olub ki, “Priora”nın sahibi sərnişin oturacağından çölə “uçub” – ehtimal ki, o, təhlükəsizlik kəməri taxmayıb. 40 yaşlı kişi və 37 yaşlı həyat yoldaşı çox sayda xəsarətlə xəstəxanaya yerləşdirilib. Hadisə səbəbkarı isə göyərmə və sürtünmələrlə xilas ola bilib.