Azərbaycanlı tələbələr Fransada keçirilən olimpiadada ilk 100-lüyə düşüblər.
Bu barədə məlumatı Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov paylaşıb.
Bildirilib ki, UFAZ-ın (Azərbaycan-Fransız Universiteti) 10 tələbəsi Fransada tələbələr arasında keçirilən Milli riyaziyyat olimpiadasında ilk 100-lüyə düşüb.
Hətta UFAZ tələbəsi Cəlilova Ləman riyaziyyat kateqoriyasında Fransa üzrə IV yeri qazanıb.