Tərtər rayonunda traktorun aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ÇıxışYolu.Com-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, hadisə nəticəsində sürücü ağır xəsarət alıb.
İnsident rayonun Sarov kəndində qeydə alınıb. Kənd sakini Adil Əliyevin idarə etdiyi “Belarus” markalı traktor idarə etməni itirərək aşıb.
Nəticədə A.Əliyev müxtəlif dərəcəli ağır xəsarət alıb.
Yaralı ilk öncə Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstənin vəziyyəti ağır olduğu üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə göndərilib.
Həkimlər onun vəziyyətinin orta-ağır olduğunu bildirib.
Faktla bağlı araşdırma aparılır.