Rusiyalı Əməkdar artist Lidiya Velejeva içkili olduğu üçün təyyarədə dava salıb.
“Aeroflot” hava şirkətinin “Moskva-Tel-Əviv” reysində dava salan aktrisaya görə təyyarə bir neçə saat gecikmə ilə eniş edib.
“Mən bir aktrisayam. Siz isə avam insanlarsınız. Buna görə də biletlərinizi ucuz aldınız. Mən isə aktrisa olduğum üçün 204 rubl ödədim”, – deyə aktrisa bildirib.
Dava zamanı qadınların saçyolduya çıxdığı iddia olunur.
Lidiya Velejevanın təyyarə personalına söyüşlər və ciddi təhqirlər yağdırmasından sonra pilot təyyarəni geri döndərib. Polislər aktrisanı Moskva hava limanına enən təyyarədən çıxarmağa çalışıb. Məcburi olsa da, Lidiya Velejeva polis bölməsinə aparılıb.
Qeyd edək ki, aktyor Alexey Quskovla evli olan 53 yaşlı aktrisa iki uşaq anasıdır.
Sevinc Yasinqızı