ÇıxışYolu.Com - Tanınmış aparıcı: Könül Xasıyeva bunların ümidinə qalmamalıdır

ÇıxışYolu.Com – Tanınmış aparıcı: Könül Xasıyeva bunların ümidinə qalmamalıdır

Baxış sayı: 3. 896 dəfə baxılıb.

Sosial şəbəkələrdə müğənni Mətanət Əsədovanın doğum günü məclisində Xalq artisti Könül Xasıyevaya “şabaş” verməsi etiraza səbəb olub.

ÇıxışYolu.Com xəbər verir ki, etiraz dalğasına məşhur teleaparıcı və səyyah Azər Qərib də qoşulub.

O,  “Facebook” hesabında xoşagəlməz görüntüləri tənqid edən post paylaşıb. 

ÇıxışYolu.Com - Tanınmış aparıcı: Könül Xasıyeva bunların ümidinə qalmamalıdır

“İnsanlar var ki, xeyriyyəçiliyə milyonlar xərcləyirlər. Bir şərtlə ki, adları heç yerdə qeyd olunmasın, “inkoqnito” qaydasında. Bunlar isə… Özlərini kişi adlandıranlar da var orada, özünü xanım adlandıran da. Azərbaycanın muğam sənətinin parlaq nümayəndələrindən olan Könül Xasıyevanı belə alçaltmaq?!

Bu video cəmiyətimizin ümumi mədəni səviyyəsini nümayiş etdirir.

Səviyyəsizlərin səviyyə formalaşdırmaq cəhdləri… Könül Xasıyeva bunların ümidinə qalmamalıdır…”

ÇıxışYolu.Com - Tanınmış aparıcı: Könül Xasıyeva bunların ümidinə qalmamalıdır

Qeyd edək ki, bu həftə Mətanət Əsədova özünə dəbdəbəli ad günü məclisi təşkil edib. Bir çox sənətçilərin yer aldığı gecəyə Xalq artisti Könül Xasıyeva da qatılıb. Mahnı oxuyan xanəndəyə qonaqlar “şabaş” verib. Kimi Xasıyevaya 100 dollar, kimi isə 100-200 manat bağışlayıb. Videoda pulları ovcunda saxlayan Könül Xasıyevanın kövrəldiyi və utandığı aydın sezilib. O, bütün bunlara rəğmən, ifasını davam etdirib.

Rəşad Əliyev