Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu yaxınlığında tikinti materialları bazarında baş vermiş yanğın FHN-in müvafiq qüvvələri tərəfindən söndürülüb.
Xəbəri Fövqəladə Hallar Nazirliyi yayıb.
17:20
Hazırda 1500 kvadratmetrdən artıq sahə yanır.
ÇıxışYolu.Com xəbər verir ki, bunu Bakının taxta bazarında yanğın baş verən əraziyə gələn Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev deyib.
O bildirib ki, yanğın tam nəzarətə götürülüb:
“Yanğınsöndürmə işləri davam etdirilir. Əraziyə təxminən 25-dən artıq yanğınsöndürmə texnikası, 200-dən artıq canlı qüvvə cəlb olunub. Yanğının səbəbləri araşdırılıb məlumat veriləcək”.
İlhamə Əbülfət