Türkiyədə yaşayıb, orada modellik karyerasını davam etdirən əslən azərbaycanlı Günay Musayeva ilə keçmiş həyat yoldaşı aktyor Tolqa Karel arasında qalmaqal yaşanıb.
ÇıxışYolu.Com xəbər verir ki, Günay “Kanal D”də yayımlanan “İkinci sayfa” proqramında Tolqanı aliment verməməkdə ittiham edib.
“İki ay aliment ödədi, ondan sonra isə göndərmədi. Beş il içərisində cəmi min lirə (280 AZN – red.) ödəyib”, – deyə Günay bildirib.
Günay Tolqanın oğlu Cahangirlə maraqlanmadığını da vurğulayıb:
“Əvvəllər pedaqoqlar oğlumun atasını görməsini istəyirdi, bir müddət göstərdik, indi isə yoxluğuna öyrəşib. Beş ildə atasını çox az görüb. Oğlum Cahangirin həm atası, həm də anası olmuşam. Bəlkə, ad günündə oğluma zəng edər deyə, düşünürdüm. Onu da etmədi. “Instagram”dan izləyir. Mən də oğlumla bağlı paylaşımlar etmirəm.
Tolqanın valideynləri bizi axtarmadı. Oğlumu tək böyüdürəm. Pis günlər yaşadıq, ancaq indi hər şey çox yaxşıdır. Atası barədə oğlumun yanında heç bir neqativ söhbətin getməsinə icazə vermirəm. Böyüyəndə görüşər, ya yox, onu bilmirəm”.
Musayevanın çıxışından sonra hazırda ABŞ-da yaşayan Karelin də cavabı gecikməyib. Tolqanın Günayla bağlı irəli sürdüyü ittiham isə eşidənləri şoka salıb. Aktyor bildirib ki, eks həyat yoldaşı onu öldürtmək üçün adam tutubmuş:
“Məni öldürtmək üçün tutduğu insan həbs olunub, cəza evinə atılıb. Hansı birindən danışım? Danışdıqlarımın əlimdə sübutu və dəlili var. Allahıma şükür edirəm ki, məni belə qadından xilas edib. Mənim üçün o, ölü biridir. Cahangir mənim oğlumdur, amma gün gələcək, o da həqiqətləri biləcək və yanında bir dəqiqə belə qalmayacaq. O gün gələnədək səbr edəcəyəm, gözləyəcəyəm”.
Məlumat üçün bildirək ki, məşhur cütlük 2011-ci ildə təmtəraqlı şəkildə evlənib, daha sonra qalmaqallı şəkildə boşanıb.
Rəşad Əliyev