UEFA Çempionlar Liqasının ikinci finalçısı İngiltərənin “Tottenhem” klubu olub.
ÇıxışYolu.Com xəbər verir ki, London klubu Hollandiyada “Ayaks”a 0:2:hesabı ilə uduzsa da, özündə güc taparaq 3:2 qalib gəlib.
Bu nəticə ilə Çempionlar Liqasında “Liverpul”un finaldakı rəqibinin İngiltərə klubu olduğu müəyyənləşib.
Final matçı iyunun 1-də Madriddə yerləşən “Vanda Metropolitano” stadionunda keçiriləcək.
Səbuhi MUSAYEV