Tovuz rayonunda qadın doğuşdan bir müddət sonra ölüb.
ÇıxışYolu.Com-ın bölgə müxbirinin məlumatına görə, sözügedən şəxs rayonun İbrahimhacılı kənd sakini, 1998-ci il təvəllüdlü Tağıyeva Aytac Fəzail qızıdır.
O, doğuş üçün Tovuz rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Dünyaya qız uşağı gətirən qadının bir müddət sonra halı pisləşib və orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Nazir Quliyev