ÇıxışYolu.Com - Tovuzda partlayış - İki nəfər dağıntılar altında qaldı

ÇıxışYolu.Com – Tovuzda partlayış – İki nəfər dağıntılar altında qaldı

Baxış sayı: 2. 843 dəfə baxılıb.

ÇıxışYolu.Com - Tovuzda partlayış - İki nəfər dağıntılar altında qaldı

Tovuz rayonunun Aşağı Öysüzlü kəndində evdə partlayış zamanı dağıntılar altında qalanların kimliyi məlum olub. 

Səhiyyə Nazirliyindən ÇıxışYolu.Com-ın sorğusuna cavab olaraq bildirilib ki, Tovuzda evdə baş verən partlayış zamanı xəstəxanaya aparılıb:

“1964-cü il təvəllüdlü Qurbanova Zemfira travmatik şok  və yuxarı ətrafların soyulmuş yarası, 1992-ci il təvəllüdlü İmamverdiyev Həsən isə bel fəqərəsinin sınığı diaqnozu qoyulub. Onların həyatı təhlükəsi yoxdur”.

09:46

Tovuz rayonunun Aşağı Öysüzlü kəndində evdə partlayış olub.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, partlayışdan sonra yanğın hadisəsi olmayıb.

Hadisə zamanı bir otaq və bitişik talvar uçub. Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri iki nəfəri dağıntılar altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.

İlhamə Əbülfət

FOTO: Nazir Quliyev