Tovuz rayonunda 4 maşının toqquşması ilə nəticələnən yol qəzası qeydə alınıb.
ÇıxışYolu.Com-ın məlumatına görə,“Volsvagen” “Lexsus” “VAZ 21 06” və “VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər xəsarət alıb.
“Volsvagen”in sürücüsü, 1990-cı il təvəllüdlü İsgəndərov Gəncə Rasim oğlunun vəziyyətinin ağır olduğu bildirilir.
Yaralı Tovuz rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Qəza Tovuz rayonunun mərkəzinə gedən avtomobil yolunda tıxaca səbəb olub
Nazir Quliyev