ÇıxışYolu.Com - Toyda əmisi ilə dalaşdı, gedib çayxanada güllələdi

ÇıxışYolu.Com – Toyda əmisi ilə dalaşdı, gedib çayxanada güllələdi

Baxış sayı: 1. 966 dəfə baxılıb.

ÇıxışYolu.Com - Toyda əmisi ilə dalaşdı, gedib çayxanada güllələdi

Ağstafa rayonunda iki nəfərin güllələnməsi ilə nəticələnən hadisənin təfərrüatı məlum olub.

ÇıxışYolu.Com-ın bölgə müxbiri xəbər verir ki, hadisəni törədən 1989-cu il təvəllüdlü Sərxan Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə kəndin çayxanasına gəkərək ov tüfəngi ilə əmisi Qabil Məmmədova atəş açıb. 

Bu zaman Q.Məmmədovun yanında olan Yusif Əsgər oğlu Əlləcov da müxtəlif xəsarətlər alıb.

İlkin məlumatlara görə, hadisəyə bir gün öncə kənddə toy məclisində yaranan anlaşılmazlıq səbəb olub. 

Əmisi içkili vəziyyətdə olan S.Məmmədova özünü yaxşı aparması barədə xəbərdarlıq edib və ona davranışları ilə bağlı irad tutub. Bu gün isə S.Məmmədov əmisi ilə yarımçıq qalan söhbətini davam etdirmək qərarına gəlib. Əmisinin olduğu çayxanaya gələrək onu güllələyib. 

S.Məmmədov artıq polis tərəfindən saxlanılıb.

Yaralıların vəziyyəti orta-ağırdır.

Baş Prokurorluqda Ağstafa rayonunda iki nəfərin güllələnməsi ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, eləcə də, ekspertizalar təyin edilib.

Bu barədə ÇıxışYolu.Com-a Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov məlumat verib.

İlkin istintaqla hadisənin Ağstafa rayon sakini Sərxan Məmmədov tərəfindən şəxsi münasibətlər zəminində odlu silahdan istifadə etməklə törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Hazırda təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək istintaqa cəlb edilməsi, eləcə də, iş üzrə əhəmiyyət kəsb edən sübutların əldə edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.