ABŞ prezidenti Donald Tramp Vaşinqtonda Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrakı qəbul edib.
Bununla bağlı türkiyəli nazir sosial şəbəkədə məlumat verib.
Ağ Evdə baş tutan görüşdə Türkiyənin Rusiya istehsalı S-400 zenit raket kompleksini alması məsələsi müzakirə edilib. Tramp S-400-lərə ehtiyac olduğu üçün bu məsələni məqbul hesab edib.
“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mesajını Trampa çatdırdıq. S-400-lərə ehtiyac olduğu üçün bunu məqbul hesab etdi. Lazımi mesajları Türkiyəyə qayıdan zaman Ərdoğana çatdıracağıq”, – Albayrak bildirib.
Bu, Trampın hər hansı əcnəbi nazirlə ilk görüşü olub.
Məlumat üçün bildirək ki, Berat Albayrak R.T.Ərdoğanın kürəkənidir.
Samir İsayev