ÇıxışYolu.Com – Tramp Inla razılaşmamağın səbəbini açıqladı

Baxış sayı: 3. 675 dəfə baxılıb.

ÇıxışYolu.Com - Tramp Inla razılaşmamağın səbəbini açıqladı

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla Vyetnamın Hanoy şəhərində keçirilən sammitdən sonra açıqlama verib. 

Bununla bağlı “CNN Türk” məlumat yayıb. 

Tramp danışıqların sonunda razılaşmanın əldə edilməməsinin səbəbini belə izah edib:

“İstədiklərimizi etmədikləri üçün razılaşma əldə edilmədi. Sanksiyaların tamamilə ləğv edilməsini istədilər və bunu edə bilməzdik. Hansısa sənədi imzalamaq üçün yaxşı vaxt olmadığını düşünürəm. Kim Çen mənə söz verdi ki, nüvə silahı istifadə etməyəcək”.

Tramp Şimali Koreyaya qarşı sanksiyaların hələlik davam edəcəyini bildirib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In Vyetnamın Hanoy şəhərində keçirilən sammitdə orta məxrəcə gələ bilməyib.

11:21

ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In Vyetnamın Hanoy şəhərində keçirilən sammitdə orta məxrəcə gələ bilməyib.

Bu barədə “Reuters” Ağ Ev nümayəndəsinə istinadən məlumat yayıb.

“Hər hansı razılaşma əldə olunmayıb, bununla belə, tərəflər gələcəkdə bir daha görüşmək niyyətindədirlər”, – deyə ABŞ administrasiyasının mətbuat katibi Sara Sanders bildirib.

Məlumata görə, liderlər artıq danışıqların keçirildiyi “Metropol” hotelini tərk edib, Trampın yekun mətbuat konfransının isə vaxtı dəyişdirilib. Halbuki görüşün son saatlarında müqavilənin imzalanma mərasiminin və birgə naharın keçirilməsi planlaşdırılırdı.

09:31

Vyetnamda keçirilən zirvə toplantısı çərçivəsində ABŞ və Şimali Koreyadan olan nümayəndə heyətləri birgə sənədin üçə yaxın müddəasını öz aralarında razılaşdırıb.

Bu barədə TASS məlumatlı mənbəyə istinadən informasiya yayıb.

Agentliyin məlumatına əsasən, sənəd Vyetnam sammitinin sonunda ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında imzalanacaq.

Sənədə artıq “Hanoy bəyannaməsi” adı da verilib.

Bəyannamə layihəsində başlıca olaraq Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsinə qüvvət verildiyi bildirilir.

Bu arada, ABŞ prezidenti Donal Tramp Şimali Koreya lideri Kim Çen Inla uzunmüddətli əməkdaşlığın başlanacağına ümidvar olduğunu ifadə edib.

“Yaxın zamanda biz fantastik uğurlara imza atacağıq”, – deyə Tramp bildirib.

Trampın sözlərinə görə, o yaxın gələcəkdə Inla hələ bir neçə dəfə də görüşmək niyyətindədir.