ABŞ lideri Donald Tramp Türkiyənin Rusiyadan raket-zenit sistemi S-400-ləri almağını şərh edib.
“Reuters”in məlumatına əsasən, Tramp bu kompleksi almaqda Türkiyəni günahlandırmır.
“Bir sıra səbəblər və digər problemlər olduğu üçün, mən Türkiyəni günahlandırmıram”, – deyə Tramp qeyd edib.
O vurğulayıb ki, ABŞ digər ölkələrə F-35 qırıcılarını çox asanlıqla sata biləcək.
Lakin Amerika lideri S-400-ləri aldığı üçüni Türkiyəyə qarşı nə zaman gömrük rüsumu tətbiq edəcəyini açıqlamayıb.