ABŞ Prezidenti Donald Tramp Böyük Britaniya Kraliçası II Elizabetin kürəyinə toxunmaqla protokol qaydalarını pozub.
Lenta.ru xəbər verir ki, bu, iyunun 3-ü axşam verilən rəsmi ziyafətdə qeydə alınıb.
Tədbir zamanı amerikalı lider nitq söylədikdən sonra yüngülcə Kraliçanın kürəyinə toxunub.
Ənənəvi Britaniya protokoluna uyğun olaraq Kraliçaya toxunmaq qəti qadağandır.
“Mirror” nəşri yazır ki, Bukinhem sarayındakı ilk salamlamada da D.Tramp qəribə şəkildə II Elizabetin əlini sıxıb.
D.Trampın Birləşmiş Krallığa səfəri iyunun 5-dək davam edəcək.