ÇıxışYolu.Com - Tünzalə Ağayevadan deputat olması xəbərinə reaksiya

ÇıxışYolu.Com – Tünzalə Ağayevadan deputat olması xəbərinə reaksiya

Baxış sayı: 2. 070 dəfə baxılıb.

ÇıxışYolu.Com - Tünzalə Ağayevadan deputat olması xəbərinə reaksiya

Məni deputatlığa namizəd görən insanlara təşəkkürümü bildirirəm. Sual verin ki, mən heç özüm öz adımı bu məsələdə hallandırıram? (gülür) Hazırda bu barədə fikirləşmirəm. Bütün namizədlərə uğurlar arzu edirəm.

Bu sözləri Xalq artisti Tünzalə Ağayeva ÇıxışYolu.Com-ın əməkdaşı ilə söhbətində deyib.

Sənətçi fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində özünün və hər hansı incəsənət nümayəndəsinin deputat olmasına bu cür münasibət bildirib.

“Dövlətimiz layiqli olanları qazansın. Qazanan dövlət, vətən, millət olsun. Bu səlahiyyəti daşıyan insanlar işlərinə könül və vicdanla yanaşacaqlarsa, bir o qədər irəliləyişlər olacaq. Vətən, dövlət, millət marağı altında çıxış edən bütün insanların həm yanındayam, həm də alqışlayıram”.

Qeyd edək ki, sosial şəbəkələrdə sözügedən məsələ ilə bağlı Xalq artisti Afaq Bəşirqızının deputat olması ilə bağlı kampaniyalar belə başladılıb.

Rəşad Əliyev