Mərhum reper Tupak Şakurun müğənni Madonnaya yazdığı məktub hərraca çıxarılıb.
“Gotta Have Rock and Roll” internet hərracında yayılan məlumata görə, məktub alıcılara 100 min dollara təklif olunur.
T.Şakur sözügedən məktubu Madonnaya 1995-ci il yanvarın 15-də, həbsxanada olarkən yazıb.
Reperin Madonnaya məktubu üç səhifədən ibarətdir. Məktubun sonunda “Həmişəlik, 2PAC, Tupak Şakur” imzasını atıb.
Mətndə “Rasizmin yaratdığı nifaq qaradərili kişinin ağdərili qadına bağlılığını lazımi səviyyədə göstərməyə çətinlik yaradır”, – deyə qeyd edilib.
Xatırladaq ki, T.Şakur 1996-cı il sentyabrın 13-də ABŞ-ın Las-Veqas şəhərində silahlı hücuma məruz qalıb. O, xəstəxanada altı gün qaldıqdan sonra ölüb.
Rəşad Əliyev