ÇıxışYolu.Com - Türkan Vəlizadə: Pərvizlə ayrılsaq da, çörəyini itirmərəm

ÇıxışYolu.Com – Türkan Vəlizadə: Pərvizlə ayrılsaq da, çörəyini itirmərəm

Baxış sayı: 3. 313 dəfə baxılıb.

ÇıxışYolu.Com - Türkan Vəlizadə: Pərvizlə ayrılsaq da, çörəyini itirmərəm

Bu haqda danışmaq istəmirdim. Neçə gündür “İnstagram”da şərhləri bağlayıram. Pərviz açıqlama verdi, mən isə yox. Bu səbəbdən mənə təhqir yazırlar. Bu da mənə psixoloji cəhətdən pis təsir edir. 

ÇıxışYolu.Com xəbər verir ki, bu sözləri tanınmış müğənni Türkan Vəlizadə “Xəzər TV”də yayımlanan “Hər Şey Daxil” verilişində dilə gətirib.  

Pərviz Bülbülə ilə sənət yollarının ayrılmasından danışan Türkan qarşı tərəfdən haqsızlıqla qarşılaşdığını söyləyib: 

“Pərviz sənət adamıdır. Elə olub ki, dəfələrlə dost məclisinə çata bilməyib. Haqlı olan məqamlar da olub. Biz xalqın məclislərini, toylarını oxuyuruq. Elə olub ki, Pərviz el şənliyindən çıxa bilməyib və digər məclisə gedib çata bilməyib. Dostlarından üzrxahlıq edib və onu anlamağı rica edib. Çünki mən sənət adamıyam gecikə və hətta gəlməyə bilərəm. Məni səhv anlamayın. Bu cür söhbətlər dəfələrlə olub”. 

Verlişin gedişatında Türkan “Çörək itirən adam deyiləm. Pərvizlə ayrılsaq da, çörəyini itirmərəm” sözləri ilə yaşananların üstünə su səpmiş olub: 

“Pərvizin bir kəlməsinə Azərbaycanda və kənarda olan dostlarının toyunda canla-başla iştirak etmişəm. Madiyyat belə güdməmişəm, heç indi də güdmürəm. Yenə də Pərvizin, dostlarının qulluğunda hazıram. Yenə nə zaman harasa dəvət edəcəklərsə, iştirak etməyə hazıram. Çünki mən çörək itirən adam deyiləm. Mən elə tərbiyə görməmişəm. Bu gün Pərviz mənə kömək, dəstək olub. Pərvizlə ayrılsaq da, çörəyini itirmərəm. 

Dostunun uşağının rayondakı toyunu başdan ayağa təmənnasız oxumuşam. Getməməyimin səbəbi isə Pərvizin bir gün əvvəl deməsidir. Mən də başqa bir toydayam. Söhbət maddiyyatdan getmir. Necə mikrofonu yerə qoyum və gedim həmin məclisə? Bu, düzgün deyil. Amma yenə də incimirəm. Yenə də Pərviz ilə duet oxumağa hazıram”. 

Qeyd edək ki, Pərviz “Hər şey daxil” proqramında Türkanla ayrılma xəbərini açıqlamışdı. O, bundan sonra qarşı tərəflə birlikdə çalışmayacağını dilə gətirmişdi. 

Rəşad Əliyev