AÇ-2020-nin seçmə mərhələ oyunları davam edir.
ÇıxışYolu.Com xəbər verir ki, bu gün VIII turun daha 7 görüşü keçirilib.
A qrupunda Bolqarıstanın qonağı olan İngiltərə yığması darmadağına sevinib. Digər oyunda Kosovo da inamlı qələbə qazanıb.
B qrupunda liderlər Ukrayna ilə Portuqaliya qarşılaşıb. Meydan sahibləri qələbə ilə final mərhələsinə vəsiqə qazanıblar.
Günün ən maraqlı oyunu H qrupunda keçirilib. Eyni xala malik Türkiyə ilə Fransa üz-üzə gəlib. İki komandadan biri final mərhələsində vəsiqə əldə edə bilərdi. Amma tərəflər meydanı heç-heçə ilə tərk ediblər.
AVRO-2020-nin seçmə mərhələsi
VIII tur
14 oktyabr
A qrupu
Kosovo – Monteneqro 2:0
Qol: Rahmani, 10. Muriqi, 34.
Bolqarıstan – İngiltərə 0:6
Qol: Reşford, 7. Barkli, 20; 32. Sterlinq, 45+3; 69. H.Keyn, 85.
B qrupu
Ukrayna – Portuqaliya 2:1
Qol: Yaremçuk, 6. Yarmolenko, 27 – Ronaldo, 72-pen.
Litva – Serbiya 1:2
Qol: Kazlauskas, 79 – Mitroviç, 49; 53.
H qrupu
Moldova – Albaniya 0:4
Qol: Çikalleşi, 22. Bare, 34. Traşi, 40. Manay, 90.
İslandiya – Andorra 2:0
Qol: Siqurdsson, 38. Siqtorsson, 65.
Fransa – Türkiyə 1:1
Qol: Jiru, 76 – K.Ayhan, 82.