Türkiyə silahlı qüvvələri İraqın şimalında qərarlaşan kürd silahlı birləşmələrinə qarşı “Terrorla mübarizə əməliyyatı”na başlayıb. Hücum qurudan və havadan aparılır.
Bununla bağlı “Reuters” məlumat yayıb.
Agentliyin xəbərinə görə, əməliyyat mayın 27-də axşam start götürüb. Ölkənin Müdafiə Nazirliyi hücumun məqsədinin terrorçuları zərərsizləşdirmək və onların sığınacaqlarını məhv etmək olduğunu bildirib.