Rusiya və Türkiyə hazırda Su-35 və Su-57 qırıcılarının alınmasına dair danışıqlar aparmır.
“RİA Novosti” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O, Rusiyadan təyyarə alınması ehtimalları ilə bağlı sualı cavablayıb.
“Xeyr. Biz hazırda F-35 proqramının üzvüyük”, – deyə nazir Su-35 və Su-57 qırıcılarının alınması ilə bağlı Rusiya və Türkiyə arasında danışıqlara dair suala cavabında bildirib.