Ankarada xərçəng analizindən qayıdanları daşıyan avtobus qəza törədib.
İlkin məlumatlara görə, qəza nəticəsində 31 nəfər yaralanıb.
Qəza günorta saatlarında baş verib. Qəzada yaralananlar 25 qadın, üç uşaq, iki tibb bacısı və sürücüdür. Hadisə yerinə təcili yardım maşınları cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma davam edir.