ÇıxışYolu.Com – Türkiyədə hərbi məktəbdə partlayış

Baxış sayı: 4. 017 dəfə baxılıb.

ÇıxışYolu.Com - Türkiyədə hərbi məktəbdə partlayış

Türkiyədə hərbi məktəbdə partlayış olub.

Bu barədə  Habertürk məlumat yayıb.

 Hadisə Ankarada, Poladlı rayonundakı hərbi məktəbdə qeydə alınıb.

Milli Müdafiə Nazirliyinin mətbuata verdiyi açıqlamada bildirilir:

“Topçu və Raket Məktəbində təlimata uyğun olaraq keçirilən ağır silahların atış təlimi zamanı 5 qəhrəman əsgərimiz yaralanıb”.

Yaralıların xəstəxanaya yerləşdirildiyi bildirilir.

Hadisə ilə bağlı Poladlı Cümhuriyyət Baş Prokurorluğu tərəfindən araşdırma aparılır.