Türkiyənin Antalya şəhərinin Muratpaşa qəsəbəsində yerləşən özəl xəstəxananın kondisioner sistemi partlayıb.
Hürriyet xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Hadisə yerinə yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunub.
Qəzanın kondisioner sistemində sazlama işləri aparılarkən baş verdiyi deyilir.
Faktla bağlı araşdırma aparılır.