ÇıxışYolu.Com – Türkiyədə müalicə alan dünya çempionu: 17 gün Allahın sınağında oldum
Posted on
Baxış sayı: 2. 211 dəfə baxılıb.
Dünya çempionu Ayxan Mamayev böyrəyində yaranmış ciddi problemlərə görə Türkiyədə mualicəsini davam etdirir.
ÇıxışYolu.Com xəbər verir ki, bir həftə Azərbaycanda, 10 gün isə Türkiyədə müalicə alan Ayxanın səhhəti artıq düzəlib.
Bu barədə karateçi şəxsi “Instagram” hesabında məlumat paylaşıb.
“17 gün Allahın sınağında oldum, çox əziyyətlər çəkdim. Böyrəklərimdə yaranan problmlə bağlı xəstəxanada qaldım. Bir həftə Azərbaycanda, 10 gün Türkiyədə müalicə aldım. Şükürlər olsun ki, nəticə gözəl oldu. İlk növbədə ailəmə, dostlarıma, Karate Federasiyasının rəhərliyinə, tanıyanlara, maraqlananlara “çox sağ ol” demək istəyirəm.
Bütün xərcləri Karate Federasiyası qarşıladı. Hər gün dostlarım yazıb, maraqlandılar. O qədər çətin gün yaşadım ki, indi sağalmağıma sevinirəm. Allah heç kimə belə günlər nəsib etməsin. Hər günümüzə, anımıza şükürlər olsun”.