ÇıxışYolu.Com – Türkiyədə zavodda 80 ton maye polad dağıldı, 11 nəfər yaralandı

Baxış sayı: 3. 185 dəfə baxılıb.

ÇıxışYolu.Com - Türkiyədə zavodda 80 ton maye polad dağıldı, 11 nəfər yaralandı

Türkiyənin İzmir şəhərində  HABAS poladəritmə zavodunda içərisində maye polad olan çənin aşması nəticəsində 11 nəfər yaralanıb. Bu barədə Cumhuriyet məlumat yayıb.

Məlumata görə, istehsalat sahəsində 120 tonluq çən aşıb və 80 ton maye polad yerə dağılıb.
Yaralılardan dördünün vəziyyətinin ağır olduğu bildirilir. Yeddi nəfər tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Hadisənin səbəbləri barədə məlumat verilmir.