Türkiyə Müdafiə Nazirliyi “Barış pınarı” əməliyyatları zamanı çəkilmiş görüntüləri yayımlayıb.
ÇıxışYolu.Com xəbər verir ki, Türk Silahlı Qüvvələrinin rəsmi “Twitter” hesabından paylaşılan görüntülərdə hava hücumu ilə düşmənin hava hücumundan müdafiə zenit-roket kompleksinin məhv edilməsi əks olunub.
Qeyd edək ki, əməliyyatların əsas məqsədi Türkiyənin cənub sərhədində yaradılması planlaşdırılan “terror dəhlizini” aradan qaldırmaq, sərhəd bölgəsində başda PKK olmaqla, bütün terror təşkilatlarını məhv etmək, eyni zamanda, yurdundan didərgin düşmüş Suriya xalqını təhlükəsiz şəkildə yenidən ölkəsinə qaytarmaqdır.
Barış Pınarı Harekâtı’nda İHA’larımız tarafından tespit edilen PKK/PYD-YPG’li teröristlere ait Doçka uçaksavar monteli araç, Hava Kuvvetlerimiz tarafından tam isabetle vuruldu.#MSB #TSK #BarışPınarıHarekatı pic.twitter.com/LHlfa9nlGq
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) 11 Ekim 2019