Türkiyənin məşhur rok ifaçısı Haluk Levent xərçəng xəstəliyindən əziyyət çəkən azərbaycanlı Sura Nadirovaya görə Bakıda konsert verəcək.
ÇıxışYolu.Com-ın məlumatına görə, bu barədə ifaçı özü “Twitter”də məlumat paylaşıb.
O bildirib ki, dekabrda Azərbaycanda konsert verəcək:
“Azərbaycan Suraya səssiz qalmadı. Onun sağalması üçün bütün qapıları açdı. Komandamız iki gün əvvəl Bakıya dəvət edildi. “Nargis Fund”un təşkilatçılığı ilə dekabrın 7-də Bakıdakı “Elektra Events Hall”da konsertim baş tutacaq. Bütün Azərbaycan xalqını gözləyirəm. Sura xilas olacaq”.
Qeyd edək ki, bir müddt əvvəl Haluk Levent sosial mediada xərçəng xəstəliyindən əziyyət çəkən 22 yaşlı Sura Nadirovaya kömək məqsədilə kampaniya başladıb və Azərbaycanın aidiyyəti dövlət qurumlarına müraciət edib.
İlhamə Əbülfət