Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün 65 yaşı tamam olur.
Dövlət başçısı bu münasibətlə müxtəlif ölkələrin prezidentlərindən təbriklər alıb. Azərbaycan prezidenti İlham Əliyev də Rəcəb Tayyib Ərdoğanın yubileyini zəng edərək, şəxsən təbrik edib.
Türkiyənin tanınmış sənət adamları da təbriklərə qoşularaq, bu xoş gündə onun sevincinə şərik olublar. Tanınmış müğənnilər və aktyorlar dövlət başçısının iqamətgahına gələrək, onunla səmimi söhbət ediblər.