ÇıxışYolu.Com – Türkmənistan prezidenti at haqqında rep oxudu

Baxış sayı: 6. 224 dəfə baxılıb.

ÇıxışYolu.Com - Türkmənistan prezidenti at haqqında rep oxudu

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Rovaç adlı Axaltəkə atı haqqında rep söyləyib.

Gazeta.ru məlumat verir ki, dövlət başçısı  sözləri özünə, musiqisi isə nəvəsi Kərimquluya aid olan repi Beynəlxalq Atçılıq İdman Kompleksində türkmən atlarına həsr olunmuş milli bayramda söyləyib. Prezident rep söyləyərkən nəvəsi onu gitarada müşayiət edib. Rep-kompozisiyanın mətnində bildirilir ki, bu at ölkənin gəlcək xoş günlərinin müjdəçisi olacaq.

Bu ilin yanvar ayında dünyaya göz açmış və adının mənası uğur olan Rovaç ölkənin rifah simvoluna çevrilib.

Qeyd edək ki, dövlət başçısı tez- tez maraqlı ifası ilə diqqət çəkir. Onun nəvəsi ilə birlikdə ifa etdiyi bir rep kompozisiyasını təqdim edirik: