Twitter istifadəçiləri sosial şəbəkənin işində nasazlıq yaranması barədə məlumat yayıblar.
Downdetector-un məlumatına görə, dünyanın bir çox ölkələrində Twitter-in işində problemlər yaranıb.
Əsasən Böyük Britaniya, Braziliya, Danimarka, Niderland, Yaponiyada istifadəçilər sosial şəbəkədəki akkauntlarına girə, tvitləri cavablandıra bilmədiklərini qeyd ediblər.