Bir sıra ölkələrdə “Twitter” sosial şəbəkəsinin işində nasazlıqlar müşahidə olunur.
Bu barədə şəbəkələrin işini izləyən “Downdetector” saytında bildirilib.
Problemlərdən daha çox Yaponiya, ABŞ, Böyük Britaniya, Almaniya, İspaniya, Fransa və Niderland sakinləri şikayətləniblər.
“Downdetector”un məlumatına əsasən, istifadəçilərin əksəriyyəti sosial şəbəkənin (təxminən 48%) işindəki problemlər barədə məlumat verib.İstifadəçilərin təxminən 33%-i “Apple” mobil qurğularındakı tətbiqlərin işindən şikayət edirlər.